Modern.az

“Bəzi koronavirus xəstələri digər insanları yolxdurmaqla təsəlli tapırlar” - Psixoloq

“Bəzi koronavirus xəstələri digər insanları yolxdurmaqla təsəlli tapırlar” - Psixoloq

15 Dekabr 2020, 11:07

“Koronavirus infeksiyası Azərbaycanda yayılandan bir çox insanlar haqqında KİV-dən belə xəbər alırıq ki, onlar başqa şəxsləri yoluxdurmaq üçün şərait yaradırlar. Heç bir şey olmamış kimi cəmiyyət içərisinə çıxıb, ictimai nəqliyyatdan istifadə edirlər. Ərzaq mağazalarına və ya apteklərə nəzarətsiz daxil olurlar”.

 

Bi fikirləri mövzu ilə bağlı Modern.az-a bildirən psixoloq Nuriyyə Əliyevanın sözlərinə görə, ortada bir neçə məqam ola bilər:

 

“Bəlkə də elə insan ola bilər ki, onun başqa heç kimi olmasın, tək yaşamış olsun. Evdə ona xidmət göstərəcək, ərzağını və ya dərmanlarını təmin edə biləcək başqa bir şəxsin olmamasını səbəb gətirərək, haradasa alış-veriş edə bilər. Lakin bu da doğru deyil. Çünki marketlər, apteklər onlayn sistemlə çalışırlar. Bu şəkildə müraciət edərək əraqlarını, dərmanlarını ala bilərlər. Bu kimi səbəblərin aradan qalxması və ya minimuma enməsi üçün Azərbaycanda kifayət qədər yüksək xidmətlər təşkil olunub”.

 

N.Əliyeva qeyd edib ki, digər tərəfdən insanların müəyyən psixologiya durumu var:

 

“Onlar bunu ya bilərəkdən, ya da məsuliyyətsizlikdən edirlər. Bu həmin insanların xarakterindən asılı olan bir şeydir. Bu gün koronavirusun sayındakı artımın səbəbkarları məhz qeyri-ciddi, məsuliyyətsiz yanaşanlardır. İlk gündən bizə koronavirusdan necə qoruna bilmək, nələrə riayət edib bunu minimuma endirmək və aradan qaldırmaq üçün kifayət qədər maarifləndirici məlumatlar verilib. Bunu yalnız bir vasitə ilə deyil, bütün vasitələrlə insanlara çatdırıblar. İstər ictimai nəqliyyatda vurulan lövhələr, istər yol kənarında maarifləndirici lövhələrin olması, xüsusi videoçarxların televiziyada və ya internetdə yayımlanması - bunlar hamısı kifayət qədər doğru atılmış addımlardır. Əgər hamı bunlara düzgün riayət etsəydi ya bu problem minimuma enərdi ya da tamamilə aradan qalxardı. Lakin insanların məsuliyyətsizliyi, qeyri-ciddi yanaşması yoluxmanın artımına gətirib çıxardı”.

Psixoloqun fikrincə, bu xəstəliyi digər insanlara keçirən məhz yoluxan şəxslərdir:

 

“Onların bəziləri bu xəstəliyin adi bir soyuqdəymə olduğunu qəbul edirlər. Buna görə heç test də vermirlər. Lakin elə test verənlər də var ki, nəticələri müsbət çıxmasına baxmayaraq, biz onları öz aramızda görə bilərik. Təbii ki, bir çox koronavirus xəstələri var ki, onlar ilk gündən problemə ciddi yanaşıb, qəbul edib, virusun olduğuna inanırlar. Yoluxduqları halda belə çox məsuliyyətlə yanaşıb başqalarını yoluxdurmamaq üçün özlərini hər şeydən tam təcrid ediblər. Lakin digər insanlar isə özündə o xəstəlik aşkar edildikdə psixologiyalarında belə bir fikir yaranır. O xəstəlik məndə varsa, digr insanda da olmalıdır. Buna görə də qəsdən yaymağa çalışırlar. Bu onlara xüsusi rahatlıq gətirir, özlərini tək hiss etmirlər. Özlərini yaxşı hiss edirlər ki, mən artıq yalnız deyiləm. Mənimlə eyni hissləri, duyğuları, ağrıları keçirən insanlar var. Belə eqoist yanaşmalı insanlar da var”.

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi