Modern.az

Amin Musayevin ailəsi:Prezidentimizə, ordumuza təşəkkür edirik”

Amin Musayevin ailəsi: “Prezidentimizə, ordumuza təşəkkür edirik”

15 Dekabr 2020, 11:21

“Dualarımız qəbul oldu, Amin əsirlikdən qaytarıldı. Sevincimizin həddi-hüdudu yoxdur”. 

Bunu Modern.az-a açıqlamasında Vətən müharibəsində yaralanaraq, ermənilərə əsir düşən Amin Musayevin xalası Nübar Abadova bildirib.

O deyib ki, rəsmi qurumlar tərəfindən hər hansı məlumat verilməsə də, onlar Aminin qayıtdığına əmindirlər:


“Saytlarda, televiziya kanallarında Aminin fotosu yayılıb. Biz də ordan gördük. Çox şükür bu günə. Cənab Prezidentə, güclü ordumuza təşəkkür edirik. Bircə sağ-salamat evinə gəlsin, başqa bir şey istəmirik”, 

N.Abadova hazırda Aminin əsirlikdən qayıtması ilə bağlı ziyarətə getdiklərini deyib:

“İndi yol üstəyik, Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndini ziyarətinə gedirik. Allah bütün nəzir-niyazları qəbul eləsin”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi