Modern.az

Ceyhun Bayramov Brüsselə getdi

Ceyhun Bayramov Brüsselə getdi

Aktual

17 Dekabr 2020, 08:54

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?