Modern.az

Azərbaycan Prezidentinin iradəsi, əsgərinin gücü, xalqının birliyi dünyanı heyran etdi - TÜRKİYƏNİN DEPUTATLARI

Azərbaycan Prezidentinin iradəsi, əsgərinin gücü, xalqının birliyi dünyanı heyran etdi - TÜRKİYƏNİN DEPUTATLARI

Aktual

17 Dekabr 2020, 14:22

Son günlər sosial şəbəkələrdə dünya üzrə 2020-ci ildə ilin prezidenti, ilin ordusu və ilin xalqı kimi müzakirələr gedir, sorğular keçirilir. Sorğuların nəticələrinə görə prezidentimiz İlham Əliyev, Azərbaycan xalqı və Müzəffər Azərbaycan Ordusu müsbət mənada fərqlənir. 44 günlük müharibə dövründə bütün dünyanın diqqətində olan Azərbaycan hər kəs tərəfindən mübarizlik, ci naminasiyalarda Azərbaycan prezidentinin, Azərbaycan xalqının və Azərbaycan ordusunun ön sırada qeyd edilməsini ciddi media qurumlarına da tövsiyə edirlər.

 

Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da 2020-ci ildə Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb:

 

“44 günlük müharibə ərzində Azərbaycan xalqının ürəyi prezidenti və ordusu ilə döyünüb. Azərbaycan Ordusu əldə etdiyi qələbə ilə ilin ordusu seçilməyə həddindən çox layiqdir.

 

Azərbaycan həmişə beynəlxalq hüquqa arxalansa belə, öz torpaqlarını 28 ildir, azad edə bilmirdi. Məsələnin həlli üçün yaranmış Minsk qrupu da burada heç bir rol oynamadı.

 

Bildiyiniz kimi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə görə bu torpaqlar Azərbaycana məxsusdur, Ermənistan işğalçı dövlətdir. Ancaq ermənilər Azərbaycan torpaqlarından geri çəkilməlidir.

 

Lakin bütün bunlara baxmayaraq, məsələ masada həll oluna bilmədi, Minsk qrupu fəaliyyətini layiqincə yerinə yetirmədi. Azərbaycan Prezidenti İlham Əliyev güclü iradə nümayiş etdirərək bu torpaqları savaş yolu ilə geri aldı. Bu müddətdə mən şəxsən 3-4 dəfə Azərbaycana gəlib, cənab pPrezidentlə görüşmüşəm. Onun güclü bir lider olduğuna yaxından şahid olmuşam. Bir tərəfdən ordusuna ürək-dirək verərkən, digər yanda diplomatiyada böyük səylər göstərdi. Ölkədə müharibə getdiyi müddətdə həm də pandemiya dövrünün tələblərinə əməl edildi. Bunu böyük dövlətlər belə bacara bilməyib. Bu baxımdan Azərbaycan prezidentinin dünya üzrə 2020-ci ilin Prezidenti olması çox normaldır. Prezident İlham Əliyevin ilin prezidenti, Azərbaycan Ordusunun ilin ordusu seçilməsi bütün dünyada Azərbaycana rəğbəti olan hər kəsi məmnun edəcəkdir”.

 

Ş. Ayrım Azərbaycan xalqının birliyi və mübarizliyi haqqında da danışıb və əlavə edib ki, xalq olaraq azərbaycanlılar müharibədə müdhiş iradə və dözüm nümayiş etdirdilər:

 

“Buna görə, Azərbaycan xalqı da ilin xalqı seçilməyə layiqdir. 1991-ci ildə Azərbaycanın ordusu, silah-sursatı yox idi. İndi isə ordumnuz nizam-intizamlı şəxsi heyət, ən müasir texnika ilə təchiz olunub. Azərbaycan əsgəri öz gücünü müharibə dövründə bir daha sübut etdi. Şəhidlərimizə Allah rəhmət eləsin! Qarabağ zəfərini qazanan Azərbaycan Ordusunun, yüksək siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidentinin və bütün dünyaya həmrəylik nümunəsi olan Azərbaycan xalqının ilin ən yaxşısı seçilməsi məni çox məmnun edər”.  

 

Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel də əksəriyyətlə eyni fikirdə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dövləti 2020-ci il üçün müdhiş addımlar atıb:

 

“Azərbaycan işğal olunmuş torpaqlarını geri almaq üçün sərt mövqe sərgilədi. Cənab İlham Əliyevin dik duruşu və qərarlılığı bütün dünya ölkələrinin və Türkiyənin övgü və bəyənisini topladı.

 

Ali Baş komandanın bu uğurda birmənalı olaraq müstəsna xidməti olduğu ortadadır. Azərbaycanın haqlı mübarizəsi bütün dünya üçün əhəmiyyətli oldu. Savaş müddətində Azərbaycan Prezidentinin iradəsi, Azərbaycan əsgərinin gücü, Azərbaycan xalqının birliyi dünyanı heyran etdi.

 

Şəhidlərimizə rəhmət diləyirəm. Qarabağ Azərbaycandır, artıq Qarabağ vətəninə qovuşub. Azərbaycan xalqını təbrik edirəm”.

 

Fidan ƏLİ

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?