Modern.az

“Əriklik”in sahibi həbs edildi

“Əriklik”in sahibi həbs edildi

Aktual

17 Dekabr 2020, 22:11

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə  regional qrupundan bildirilib.

 

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı  şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb. Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb. Ağstafa rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov 5 sutka inzibati həbs edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?