Modern.az

Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu

Aktual

17 Dekabr 2020, 22:59

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub. 

Modern.az xəbər verir ki, bu barədə İnqilab Nəsirovun dostu, millət vəkili Fazil Mustafa bildirib.

"Qrup yoldaşımız və dostumuz, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov iki həftədir ki, xəstəxanada karonovirus yoluxmasından müalicə alır və sağlıq durumu çox ağırdır. Dualarımız onunladır və ümid edirik ki, Allahın mərhəməti üzərində olacaqdır", - Fazil Mustafa deyib.

İnqilab Nəsirov 2003-2004-cü illərdə Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Onun 2003-cü ildə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?