Modern.az

Qazaxıstanın Prezidenti İlham Əliyevə zəng etdi

Qazaxıstanın Prezidenti İlham Əliyevə zəng etdi

Aktual

24 Dekabr 2020, 10:48

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Prezidentin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

 

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?