Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Dədə Qorqud” filminin surdotərcümə formatı hazırlanıb.
Modern.az xəbər verir ki, bu barədə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib. Onun verdiyi məlumata görə, filmin surdotərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb. Eyni zamanda, filmin surdotərcümə versiyası 150 nüsxə DVD disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələr arasında pulsuz paylanılacaq.
Nazirliyin dəstəyi ilə, həmçinin 2 cizgi filminin və aktual mövzularda 5 videorolikin surdotərcümə edilməsi də nəzərdə tutulub.