Modern.az

3-cü sinif şagirdindən İlham Əliyevə ad günü TƏBRİKİ

3-cü sinif şagirdindən İlham Əliyevə ad günü TƏBRİKİ

Aktual

24 Dekabr 2020, 13:22

Bakı şəhəri Xətai rayonu 55 saylı tam orta məkəbin "3 c" sinif şagirdi Agacanlı Zəminənin valideyni Modern.az-a müraciət edərək, övladının Prezidentə ünvanladığı açıq məktubun işıqlandırılmasını xahiş edib.

 

Həmin məktubu sizlərə olduğu kimi təqdim edirik:

 

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə məktub.

 

"Salam cənab prezident!

 

Mən Ağacanlı Zəminə 2-ci Qarabağ döyüşləri gedən zaman oktyabrın 23-ü sizə məktub yazmışdım. Bu isə sizə yazdığım 2-ci təbrik məktubumdur. Biz inanırdıq ki, sizin sayənizdə güclü ordumuz var və düşmən tapdağında olan bütün torpaqlarımızı işğaldan azad edəcəksiniz və onları öz torpaqlarımızdan qovacaqsınız. Bizim yeganə arzumuz torpaqlarımızın mənfur ermənilərdən azad olunması idi, bunu da sizin sayənizdə əldə etdik. Güclü ordumuz düşmənə qalib gələrək bu arzumuzu yerinə yetirdi. Noyabrın 10-u sizin dilinizdən qələbə sevincini eşidən zaman mənim və ailəmin sevincinin həddi- hüdudu olmadı. Cənab prezident bu şad xəbərə görə sizə və ölkəmizin 1-ci xanımı Mehriban xanıma öz təşəkkürümü bildirirəm. İnanırıq ki, aldığımız hər qarış torpaqlar abadlaşdırılıb tez bir zaman da qaçqın və köçkünlərimizi öź dədə-baba torpaqlarına qaytaracaqsınız və hamını işlə təmin edəcəksiniz. Mənim arzum odur ki, mən də gedib oradakı gözəllikləri görüm. Siz bizim şəhidlərimizin qanını yerdə qoymadınız ac göz və xain erməniləri sona qədər hər qarış torpaqlarımızdan qovdunuz. Cənab prezident sizə və ailənizə uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, hələ bundan sonra uzun-uzun illər bizim prezidentimiz olasınız. Cənab prezident sizi bağrıma basıb, öpürəm çox sağolun.

 

"Cənab prezident 59 yaşınızın tamam olması münasibəti ile mən və ailəm adından səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm həmişə sağlam ve gümrah olun inşallah. Gələn il 60 yaşınızı Qarabağ da qeyd edəsiniz, allah sizi ailənizin ve dövlətimizin başının üstündən əksik etməsin həmişə uca zirvələrdə olasınız".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi