Modern.az

Prezidentlərin yaşı

Prezidentlərin yaşı

25 Dekabr 2020, 14:10

1961-ci il dekabrın 24-də doğulan prezident İlham Əliyev yaşa görə yaxın ölkələrin dövlət başçıları arasında altıncı sıradadır.


Modern.az
saytı Novator.az-a istinadən bildirir ki, ən gənc dövlət başçısı Ukrayna prezidenti Vladimir Zelenskidir. O, 1978-ci il yanvarın 25-də doğulub.


Qırğızıstan prezidenti səlahiyyətlərini icra edən Talant Mamıtov 1976-cı il martın 14-də dünyaya gəlib.


Moldova prezidenti Mayya Sandu 1972-ci il mayın 24-də anadan olub.


Estoniyaya 1969-cu il dekabrın 30-da doğulan Kersti Kalyulayd prezidentlik edir.


Litva prezidenti Gitanas Nauseda 1964-cü il mayın 19-da doğulub.


Latviya prezidenti postunu 1955-ci il iyunun 30-da doğulan Eqils Levits tutur.


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 1957-ci il iyunun 29-da, Özbəkistan prezidenti Şövkət Mirziyayev 1957-ci il iyulun 24-də doğulub.


Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 1954-cü il fevralın 26-da, Belarus prezidenti Aleksandr Lukaşenko 1954-cü il avqustun 30-da dünyaya gəlib.


Qazaxıstana 1953-cü il mayın 17-də doğulan Qasım-Comərd Tokayev, Ermənistana 1953-cü il iyunun 23-də doğulan Armen Sərkisyan prezidentlik edir.


Gürcüstan prezidenti Salome Zurabişvili 1952-ci il martın 18-də, Tacikistan prezidenti İmaməli Rəhman 1952-cı il oktyabrın 5-də, Rusiya prezidenti Vladimir Putin 1952-ci il oktyabrın 7-də anadan olub.


İranın ali rəhbəri Seyid Əli Xamneyi 1939-cu il iyulun 17-də dünyaya gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?