Modern.az

Separatçı prezident koronavirusa yoluxdu

Separatçı prezident koronavirusa yoluxdu

Aktual

27 Dekabr 2020, 23:20

Tanınmamış “Abxaziya respublikası”nın “prezidenti” Aslan Bjaniya koronavirusa yoluxub. Modern.az xəbər verir ki, bu barədə onun rəsmi saytında məlumat verilib.

 

“Xəstəlik yüngül keçir. Aslan Bjaniya özünü yaxşı hiss edir, ambulator şəraitdə müalicə alır”,-deyə xəbərdə bildirilir.

Məlumata görə, sanitariya təlimatlarına uyğun olaraq Bjaniya özünü təcrid edib və vəzifələrini məsafədən yerinə yetirməyə davam edəcək. “Prezident” Abxaziyada -paytaxt Suxumdakı rəsmi iqamətgahındadır.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiyanın himayəsilə Abxaziyada separatçılar qondarma prezident seçkisi keçiriblər. Rusiya onun müstəqilliyini tanıyıb. BMT-nin Baş Assambleyasının qətnamələri Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi