Modern.az

Elman Rüstəmov: “O banklarda problem tam aradan qaldırılmayıb”

Elman Rüstəmov: “O banklarda problem tam aradan qaldırılmayıb”

Aktual

29 Yanvar 2021, 16:07

Ötən il problem müşahidə edilən banklarda müsbət nəticələrə nail olunub, amma tam aradan qaldırılmayıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

E.Rüstəmovun sözlərinə görə, həmin banklarda kapitallaşma gedib, proses dinamikdir:

“Bu gün banklarda portfelin pisləşməsi prosesi gedir. Bu, xüsusilə pandemiyadan zərərçəkmiş sektorlara verilmiş kreditlərə aiddir. Hamıya bəllidir ki, onlar bu kreditləri qaytarmaqda çətinlik çəkirlər. Bu, zəncirvari reaksiya ilə bütün sektorlara toxunub. İrəliləyişlər olsa da, qeyd etdiyim səbəblərdən gerilmə baş verir. Amma biz bilirik ki, bu, bütün dünyanın maliyyə sistemlərində müşahidə edilən proseslərdir. Bir sözlə, o banklarda yaxşılaşma olsa da, problem tam aradan qaldırılmayıb”.

Baş bankir deyib ki, ona görə də banklar xüsusi nəzarətdədir və bu yaxınlarda məsələ Maliyyə Sabitliyi Şurasında da geniş müzakirə edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi