Son vaxtlar Mircəfər Bağırov haqqında müxtəlif fikirlər səslənir. Ən əsası odur ki, araşdırmaçı Teyyub Qurbanın böyük həvəs və şövqlə Mircəfər Bağırovun hakimiyyətdə olduğu illərdə günahının olmamasını subuta yetirmək çəhdidir ki, bu da heç bir dəlilə və fakta söykənmir. Onun Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hirslə dediyi və heç bir fakta əsaslanmayan, məntiqsiz bir cümləsi hələ də yadımdadır:
“Məni iki bölüb Bakının girəcəyindən asın, əgər Mircəfər Bağırovun günahı varsa”.
Onda hamı təccübləndi, əcəb arqumentdi. Dediyi sozə Teyyub Qurbandan başqa heç kəs inanmadi.
İcimdən bir duyğu yarandı, ictədim durum deyəm “məni də iki bölüb Bakının girəcəyindən asın, əgər Mircəfər Bağırovun günahı yoxdursa”. Dövrü mətbuatda tez-tez səslənir “Mircəfər Bağırovu Azərbaycan yazıçılarını müdafiə eləyib, qoruyub. Azərbaycanı fəlakətlərdən xilas edib”.
Əsas da bu arqumentlər onu müdafiə edənlərin, xususən Teyub Qurbanın dilinin əzbəridir. Sual olunur: Mircəfər Bağırov hansı yazıçıları qoruyub saxlayıb? Səməd Vurğunumu, Süleyman Rüstəmimi? Mircəfər Bağırov 1937, 1948, 1952-ci illərdə Səməd Vurğunu həbs etdirmək istəyib. Amma Moskva müdafiə eləyib. Səməd Vurğunun cavan yaşında xərçəng xəstəliyinə tutulması da Mircəfər Bağırovun qayğısının nəticəsi idi. M.Müşfiq, Ə.Cavad, S.Hüseyn, Y.V.Çəmənzənminli, V.Xuluflu, H.Cavid, T.Ş.Sümrux, Qantəmir, H.Hüseynov və neçə-neçə başqalarının amansızca məhvi, hətta onların ailələrinin, qohumlarının həbsi M.Bağırovun “qayığısının” nəticəsi deyilmi?
Teyyub müəllimdən soruşuram, Əhməd Cavad sovet hakimiyyəti üçün hansı təhlükəni yarada bilərdi. Onun arvadı Şükriyyə xanım Azərbaycanda hakimiyyəti devirmək gücündə idimi? Seyid Hüseyn inqilabdan qabaq ailə qurmamışdımı və onun bacanağının qolcomaq olması onun ölümünə səbəb ola bilərmi? Bəlkə Teyyub müəllim, Moskva bu adamları tanıyırdı? Bunları Mircəfər Bağırov ələ vermirdimi? Bəlkə böyük alim Salman Mümtaz Azərbaycanda hakimiyyəti devirmək gücündə imiş? Bilirəm deyəcəksiniz, bu hadisələri Micəfər Bağırovun ətrafı törədirdi. Əgər sizin dediyiniz kimi, bu, belədirsə, bəs M.Bağırovun böyüklüyü , uzaqgörənliyi, müdrikliyi harda idi? Böyük adam belə hadisələri əvvəlçədən görməli deyildimi?
Əgər Mircəfər Bağırovun günahı yoxdursa, bəs məhkəmədə nəyə görə deyirdi ki, “məni iki hüssəyə bölüb Bakının girəcəyindən asın”. İndi siz də onu təqlid edib, şaqqalanmaqdan danışırsınız?
Bilirəm, deyərsiniz ki, baş verənlər o dövrün əsas tələbi idi. M. Bağırovun səlahiyyətlərindən kənar idi. Bəs böyük adam, bəs siyasətci adam? Moskva M.Müşfiqi hardan tanıyırdı? Nə olsa belə, bütün günahlar birincinin üzərinə düşür. Deyilən bir fikir də məni daha çox narahat edir, guya Azərbaycanı köçürülməkdən o, xilas edib? Bu məsələni çox şişirdirlər. əslində Azərbaycan üçün belə təhlükə olmayıb.
Deyirlər Mircəfər Bağırov Stalinin qapısını təpiklə açırmış. M.Bağırova mən o zaman böyük şəxsiyyət deyərdim ki, 1948-53 –cü illərdə Qərbi Azərbaycandan, öz dədə-baba torpaqlarımızdan 100 min azərbaycanlının Kür-Araz ovalığına departasiyasının qarşısını ala biləydi, boyük və uzaqgörən idisə, Ermənistanda onlara muxtariyyət ala biləydi. Və yaxud Gürcüstanda yaşayan azərbaycanlılara bir siyasi qurub, gerçəkləşməsinə nail olaydı. O, bunların heç birini etməyibsə, necə böyük adam ola bilər?
Onu da demək lazımdır ki, M.Bağırov pis-yaxşı və ziddiyyətli şəxsiyyət kimi Azərbaycan tarixində həmişə qalacaqdır.
Mircəfər Bağırov Qubada ilahiyyətdən dərs deyib. Əhməd Cavadın dostu olub. Əhməd Cavad da Qubada ədəbiyyatdan dərs deyirdi. Hər ikisi musavatçı idi. Mircəfər Bağırov Bakıya gəldi, bolşeviklər partiyasına üzv oldu, hakimiyyətə keçən kimi onu musavatçı kimi tanıyanların hamısını aradan götürdü. Birinci növbədə Əhməd Cavadı məhv elədi.
Moskva hər hansı bir hadisədə necə hərəkət edibsə, Azərbaycanın siyasi hakimiyyəti də o vasitədən həmişə istifadə edib.
M.Qorki rus ədəbiyyatında boyük ədəbi sima idi. O, son vaxtlar sosializmin, mövcud siyasi hakimiyyətin mənasız bir sey olduğunu hiss edirdi. Stalin onu məhv edə bilməzdi. Onun nüfuzundan qorxurdu. İstəyirdi ki, M.Qorki ölsün və partiya onu hörmətlə yola salsın. Ancaq nə etməli? Partiya belə qərara gəldi ki, yoldaş M.Qorki ölkə üçün çox böyük işlər görub, ona görə də ona istirahət lazımdı. M.Qorkinin zorla istirahətə gondərdilər və Stalin xəstəxanaya gedəndə apardığı şirniyyatla onu zəhərlədi, M.Qorki öldü və bütün ölkə onun üçün göz yaşı tökdü və hakimiyyətdəkilər canlarını böyük yazıçını deyəcəyi həqiqətlərdən qurtardılar.
Azərbaycanda belə bir böyük ədəbi sima Cəfər Cabbarlı idi. O, sovet hakimiyyətinin çürüklyünü hiss eləmisdi. Azərbaycan siyasi hakimiyyəti buna görə Cəfəri Cabbarlını aradan götürmək istəyirdi. Ancaq necə?
1933-cü ildə Mircəfər Bağırov Azərbaycanda siyasi hakimiyyətə gəldi və 1934-cü ildə dekabrın 31-də Cəfər Cabbarlını Yeni il şənliyində zəhərlədilər. Partiya və olkə Cəfər Cabbarlı üçün nə qədər istəsən göz yaşı tökdü və beləliklə, hakimiyyətdəkilər böyük sənətkarın qələmindən qurtuldular.
Əslində M.Cəlil də, C.Cabbarlı da 37–ci il represiyanın ilk qurbanları idi.
Mir Cəfər Bağırov 1952-ci ildə “Azərbaycanın içtimai fikir tarixindən” kitabına görə iki dəfə SSRİ dövlət mükafatı laureatı, akademik Heydər Hüseynovun üstünə qışqırıb demisdir: “Milçəyi əzsən, nəsə qalar, səni elə əzərəm ki, səndən heç nə qalmaz”. Və Heydər Hüseynova əmr edir ki, get özünü öldür məsələ qurtarsın. Heydər Hüseynov özünü öldürür. Buna nə deyirsən Teyyub müəllim! Məgər Heydər Hüseynov Azərbaycanda hakimiyyəti devirəcəkdi?
M.Bağırov xalqı qorumaqdan ötrü yox, vəzifəsini qorumaqdan ötrü ağıla gəlməyən hadisələri törədib.
Rusiyada və başqa resbubilkalarda bizdə ki, olmayıb.
Mikayıl Müşfiq tutulanda Həyat yoldaşı Dilbər dəli oldu, böyük bacısı özünü yandırdı. Kiçik bacısı Balacaxanım müəllimə Müşfiqin arxasınca Bayıl həbsxanasına getdi və bir daha geri qayıtmadı.
Həmin illərdə Ömər Faiq Nemanzadəni də tutmuşdular. Qızları Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun yanına gəlib atalarına kömək etməyini ondan xahiş edirlər. Qapıçı da erməni qadını imiş.
Qızlar ağlaya-ağlaya pilləkənləri düşəndə erməni qadını soruşur:
- Bəs Mirzə müəllim sizə kömək eləmədi?
- Yox, kömək edə bilmərəm, atanız pantürkçüdü–dedi.
Erməni qadını haqlı bir söz deyir.
- Çox qəribədir, bunlar (Azərbaycan hakimiyyəti) türkpərəstliyin üstündə adamları güllələyirlər, ancaq Nazim Hikməti gözlərinin üstə saxlayırlar.
Bundan sonra nəsə yazmağa əlim gəlmədi. Axı nə yazım?