Modern.az

Peyvənd olunmayan müəllimlər məktəbə gələ bilərmi? - Nazirdən açıqlama

Peyvənd olunmayan müəllimlər məktəbə gələ bilərmi? - Nazirdən açıqlama

Aktual

10 İyun 2021, 21:03

Təhsil naziri Emin Əmrullayev vaksin vurdurmayan müəllimlərin sentyabrda dərsə qayıdıb-qayıtmayacağına aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsindəki canlı yayımda bildirib ki, immuniteti olan müəllimlərin məktəblərə gəlməsi daha düzgündür:

 

“İmmuniteti olmayanların məktəbə gəlmələrini təhlükəli hesab edirik. İlk növbədə həmin adamların özləri üçün bu, təhlükəlidir. Çünki yoluxma artanda öyrənmə prosesi dayanır və biz istəməzdik ki, öyrənmə prosesi dayansın”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI