Modern.az

Yasamalda yanan ev söndürülüb - YENİLƏNİB

Yasamalda yanan ev söndürülüb - YENİLƏNİB

2 Fevral 2022, 18:27

Bakının Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində baş verən yanğının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın lokallaşdırılaraq söndürülüb. Hazırda soyutma işləri aparılır.

 

***

17:54

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi