Ötən günlərdə Milli Ordunun əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı bəzi dəyişikliklərin olacağını dilə gətirmişdi. Təkliflərdən biri ailənin tək övladının orduya çağırılmasının ləğv edilməsi idi.
Modern.az-a açıqlamasında millət vəkili çağırışçıların eyni rayondan və eyni məktəbdən olmasının onların bir-birinə dayaq dura bilmələri üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
“Bununla bərabər, hazırda yeni təkliflərin hazırlanması yönündə ciddi iş gedir. Onlar tam hazır olduqdan və ilkin müzakirədən sonra parlamentdə geniş müzakirəyə çıxarılacaq”, – deyə R.Əliyev sonda bildirib.
Ulduz İbrahimova