Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Fərid Piriyev Modern.az-a bildirib ki, araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə kəsildiyi müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.