Digər Şərq xalqları kimi Azərbaycanda da təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlayıb.
Qeyd edək ki, bu təqvimə görə, dekabrın 21-dən qış fəsli başlayıb. Bu o deməkdir ki, dekabrın 21-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olub. Xalq təqviminə görə, dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, günüdz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Modern.az-ın məlumatına görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Deməli bu gündən kiçik çilləni yaşayırıq. Havaların bir müddət əvvəlkinə nisbətən soyuması da bununla bağlıdır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.
2012-ci ilin kiçik çilləsi Azərbaycana sərt üzünü göstərdi. Qış fəsli gözlənildiyindən də qarlı-şaxtalı, çovğunlu keçdi. Məsələn, ötən il fevralın ikinci həftəsində Bakıda havanın minimal temperaturunda 11 dərəcə şaxta qeydə alınfıb. Bununla da son 110 illik meteoroloji müşahidələrə görə, 1969-cu di ildə qeydə alınan - 10 dərəcə rekord göstərici təzələndi.
Bəs bu ilin kiçik çilləsi necə olacaq? Hələ bizi qışın “oğlan çağı”nın 20 günlük müddəti gözləyir. Fevralın 20-dək kiçik çillənin sərt üzünü görə bilərik...
Yeri gəlmişkən, inanclara görə, kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi keçirilir. Bu mərasim xalqın min illik ənənələrində yaşadılır.
Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...
A.Qorxmaz