Modern.az

Ermənistan Qarabağla bağlı bu ifadədən imtina edib

Ermənistan Qarabağla bağlı bu ifadədən imtina edib

Qarabağ

31 May 2022, 12:46

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Artsax Azərbaycanın tərkibində olmayacaq” ifadəsindən niyə imtina olunduğuna aydınlıq gətirib. Onun fikrincə, bu ifadə danışıqlar prosesinə mane ola bilər.


Modern.az xəbər verir ki, jurnalistlərin “nə üçün hakimiyyət seçki kampaniyası zamanı olduğu kimi, indi də Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyin bəyan etmir” sualına Simonyan cavab verib ki, vəziyyət hər dəqiqə dəyişir.


“İndi Ermənistan deyir ki, orada “Artsax əhalisi” var, hansı ki, hüquqlara malikdir və bu hüquqlara əsaslanaraq status almaq lazımdır”, - Ermənistan parlamentinin spikeri bildirib.


Parlament sədrinin nöqteyi-nəzərindən “Artsax Azərbaycanın tərkibində olmayacaq” demək danışıqlarda müəyyən xətt çəkmək və sonrakı dialoqdan imtina etmək deməkdir.


Simonyan xatırladıb ki, o, parlamentin sədri vəzifəsini tutur və danışıqlarda iştirak etmir. Eyni zamanda, onun bəyanatları prosesə təsir göstərə və erməni tərəfinin imkanlarını məhdudlaşdıra bilər.


Parlamentin spikeri iddia edir ki, 1998-ci ildən sonra heç kim Qarabağın Azərbaycanın tərkibində olmayacağını deməyib və bunun ehtimalı Ermənistan Respublikasının bütün hakimiyyət orqanlarının gündəmində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi