Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sülhməramlıları 27 nəzarət-buraxılış məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə nəzarət edir.
Məlumata görə, son sutkada Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.
Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri minalardan təmizlənmə işini də davam etdirir və daha 1 hektar ərazi təmizlənib.
“Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”, - deyə məlumatda bildirilir.