Modern.az

Anası imtahan verən körpə direktorun otağında yatdı - FOTO

Anası imtahan verən körpə direktorun otağında yatdı - FOTO

16 İyul 2022, 21:21

İyulun 14-dən 2022-2023-cü tədris ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb.

 

Ümumilikdə 54 min 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, 15 imtahan mərkəzində təşkil olunacaq.

 

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov imtahandan geri qalanlarla bağlı maraqlı fotolar paylaşıb.

 

"Müəllimlərin işə qəbulu - MİQ 2022-dən geriyə qalan fotolar. Anası imtahanda olan körpə məktəb direktorunun otağında yatıb", - deyə C. Valehov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi