Modern.az

Qəza zamanı sürücü nə etməlidir? - DYP AÇIQLADI

Qəza zamanı sürücü nə etməlidir? - DYP AÇIQLADI

Aktual

25 İyul 2022, 13:06

Yol nəqliyyat hadisələri zamanı sürücülər nə etməli oduqlarını bilməlidir.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi​nin baş inspektoru, polis mayoru Araz Əsgərli ​Modern.az-a bildirib ki, yol nəqliyyat hadisəsi qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür: 

 

"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil. Yəni prosesual araşdırma tələb  edən məsələyə çevrilir. Çünki xəsarət  alanların xəsarət dərəcəsi  müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında),  artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır və inzibati  xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin  qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər  məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin  dərəcəsi müəyyən edilməyibsə,  bu zaman yol hərəkətinin hansı qaydası  pozulubsa, ona uyğun  formada inzibati protokol tərtib olunur".


A. Əsgərlinin sözlərinə görə, hadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa İXM-nin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protolol gözləyir:


"Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki hadisə  yerinə  gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin ki sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun.

 

Onu da qeyd edim ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə  onların sığorta ödənişlərinin alınmasından  imtinaya əsas kimi qiymətləndirilə bilər. Yəni sürücü  üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki  məsuliyyət də yarada bilər. 

 

 "Yol hərəkəti haqqında" qanununumuzun ​37-ci maddəsində  sürücünün üzərinə  qoyulan vəzifəyə  görə,  baş vermiş  hadisə  zamanı  xəsarət alan şəxs varsa, mütləq onu  təcili tibbi yarıma çatdırlmalı, şəxsin sağlmalığına dəymiş halın qarşısnı almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə  yerindən uzaqlaşırsa,  bu  onun barəsində açılmış cinayət işində  ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir". Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xəhiş edirik", - DYP rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi