Modern.az

Türkiyə və Ermənistan rəsmiləri görüş hazırlığında – Bu dəfə Qarsı seçdilər

Türkiyə və Ermənistan rəsmiləri görüş hazırlığında – Bu dəfə Qarsı seçdilər

Dünya

11 Avqust 2022, 18:16

Ermənistan və Türkiyə hökumət rəsmiləri sentyabr ayında Qarsda görüşəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Ulusal" telekanalı ölkənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, görüşdə ticarət, nəqliyyat və xarici işlər nazirliklərinin rəsmiləri iştirak edəcək, əvvəlki görüşlərdə razılaşdırılmış texniki məsələlər müzakirə olunacaq.

 

Telekanalın mənbəsi qeyd edir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri indiyədək 4 dəfə üz-üzə görüşüb və 500 dəfədən çox telefonla danışıblar.

 

Mənbələr onu da bildirir ki, Türkiyə Ermənistan sərhədində araşdırma aparıb. İğdırda iki ölkəni birləşdirən 178 kilometr uzunluğundakı Alican körpüsündə texniki işlərin həll edilməli olduğu tapşırılıb. Bundan əlavə, Qarsdakı Ani xarabalıqlarının vəziyyəti də araşdırılıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi