Modern.az

Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı

Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı

12 Avqust 2022, 17:08

Türkiyənin "Baykar Machine" şirkəti Ukraynada PUA istehsal edəcək zavodun inşasına başlayıb.


Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar  müsahibəsində bildirib.

 
“Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. "Baykar" burada bütün sistemləri istehsal edəcək fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Təkcə PUA-ların gövdəsi deyil, elektronikası, eləcə də proqram təminatı və digər məsələləri burada həyata keçirmək istəyirik”.


Haluk Bayraktar  Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayratkar Akinci” ilə yanaşı, “Bayratkar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi