Serbiya anti-Rusiya sanksiyaları məsələsində öz siyasətini davam etdirəcək və bacardıqca sanksiyalar tətbiq etməyəcək.
Modern.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Biz öz siyasətimizi bacardığımız qədər davam etdirəcəyik. Mənim "bacardığımız qədər" sözüm siyasi səhnədəki digərlərindən daha güclüdür. Bizim siyasətimiz Avropa yolu ilə getmək, adət-ənənələrimizi, dostluğumuzu qorumaq, özümüzə güvənmək, müstəqil olmaqdır", - deyə Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan edib.