Modern.az

Ukraynadan daha bir gəmi Türkiyəyə yollandı

Ukraynadan daha bir gəmi Türkiyəyə yollandı

Dünya

13 Avqust 2022, 13:20

Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Marine Traffic” gəmi izləmə xidməti məlumat yayıb.

Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, gəmi Ukrayna sahillərindən iki dəniz mili aralıda olub. Göyərtəsində 2900 ton yük olan “Thoe” Türkiyənin Tekirdağ limanına yollanır.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi