Modern.az

Ukraynaya Zuzanna 2 artilleriya silahları verildi

Ukraynaya “Zuzanna 2” artilleriya silahları verildi

13 Avqust 2022, 21:27

Slovakiya Ukraynaya dörd ədəd "Zuzana 2" özüyeriyən artilleriya qurğusu təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nagi “Twitter” səhifəsində yazıb.

 

Onun sözlərinə görə, artilleriya qurğuları artıq Ukrayna hərbçiləri tərəfindən istifadə edilir. Məlumatı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

 

Qeyd edək ki, 155 mm çaplı artilleriya qurğuları maksimum 41 kilometr məsafədə atəş açmaq qabiliyyətinə malikdir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi