Modern.az

ABŞ Rusiya və Çinlə müharibə astanasındadır - Kissincer

ABŞ Rusiya və Çinlə müharibə astanasındadır - Kissincer

13 Avqust 2022, 23:20

Vaşinqton ənənəvi diplomatiyadan imtina edib, liderlərin olmaması dünyanı Ukrayna və Tayvanda müharibə uçurumuna gətirib çıxarıb.

 

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” nəşrinə açıqlamasında söyləyib.

 

“Biz Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və ya bizi hara aparacağı barədə heç bir fikrimiz yoxdur”, - deyə Kissincer qeyd edib.

 

99 yaşlı Henri Kissincer bu yaxınlarda yeni kitabını dərc edib. Kitab müharibədən sonrakı tanınmış liderlər haqqındadır. Konrad Adenauer, Şarl De Qol, Riçard Nikson, Ənvər Sadat, Li Kuan-Yu və Marqaret Tetçerdən bəhs edilən kitabda liderlərin baxışı və tarixi nailiyyətləri təhlil edilir.

 

Henri Kissincer ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri (1969-1975) və dövlət katibi (1973-1977) olub. O, həm də Nobel Sülh Mükafatı laureatıdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi