Belarusda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Hadisə Qrodno vilayətində baş verib. Qəza zamanı iki pilot həlak olub.
Hazırda müstəntiqlər hadisə yerində işləyir. Qəzanın səbəbləri araşdırılır.