Modern.az

Britaniya ukraynalıları ruslara qarşı əməliyyata HAZIRLAYIR

Britaniya ukraynalıları ruslara qarşı əməliyyata HAZIRLAYIR

14 Avqust 2022, 00:33

Böyük Britaniya ordusunun hərbi təlimçiləri hərbi təcrübəsi az olan ukraynalılara kurs keçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

 

Kurs təxminən 10 000-ə qədər ukraynalını əhatə edəcək. Təlimlərdə ukraynalılar cəbhə bölgəsində döyüş əməliyyatlarında effektiv olmaq üçün həyati vacib bacarıqlar qazanacaqlar.

 

Bildirilir ki, proqram Böyük Britaniyanın Ukraynaya dəstək üzrə öhdəliyinin bir hissəsidir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi