ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Tayvana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Nümayəndə heyətinə demokrat senator Ed Markin rəhbərlik edir. Onunla yanaşı nümayəndə heyətinə dörd nəfər daxildir. Məlumata görə, səfər avqustun 15-dək davam edəcək.
Nümayəndə heyəti qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən regional təhlükəsizlik və ticarət mövzularını müzakirə etmək üçün Tayvan administrasiyasının liderləri ilə görüşəcək.
Avqustun əvvəlində Çinin etirazlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi adaya səfər edib.
Akif İsmayılov