Modern.az

Kosovo və Serbiya liderlərinə xəbərdarlıq edildi 

Kosovo və Serbiya liderlərinə xəbərdarlıq edildi 

Dünya

14 Avqust 2022, 21:16

Avropa İttifaqı (Aİ) Kosovo və Serbiya liderlərini Qərbi Balkanlarda münaqişə ehtimalını artıran bəyanatlardan çəkinməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

 

“Kosovo və Serbiyanın hakimiyyət orqanlarının, xüsusilə Qərbi Balkanlardakı müharibə və münaqişə ilə bağlı son təxribat xarakterli bəyanatları böyük narahatlıq doğurur”, - Borrell qeyd edib.

 

Açıqlamada bölgədə zorakılığa və gərginliyə səbəb olacaq hadisələrə görə iki tərəfin siyasətçilərinin məsuliyyət daşıyacağı vurğulanıb:

 

 “Hər iki tərəf qarşılıqlı düşmənçilik və təhlükəli bəyanatlara dərhal son qoymalı, məsuliyyətli davranmalıdır".

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi