Suriyanın Tartus bölgəsinə endirilən aviazərbələr nəticəsində 3 hərbçi ölüb.
Modern.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Daha 3 hərbçinin yaralandığı bildirilir.
***
23:22
İsrail Suriyanın Tartus vilayəti yaxınlığındakı hədəflərə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın dövlət informasiya agentliyi məlumat yayıb.
Agentlik dəniz limanının yerləşdiyi vilayətdə partlayış səsləri eşidildiyini açıqlayıb.
Bildirilir ki, Suriya hava hücumundan müdafiə qüvvələri Livanla sərhədə yaxın Tartus və Qələmun üzərində təyyarələr aşkarlayıb. Dövlət mediası hücumun Livan ərazisi üzərindən İsrail təyyarələri tərəfindən həyata keçirildiyini bəyan edib.
İsrail ordusu Suriyaya zərbə ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
"Reuters" agentliyinin verdiyi məlumata görə, bu gün Ukraynadan yola düşən taxıl gəmisi Suriyanın Tartus limanına yaxınlaşıb.
Akif İsmayılov