Modern.az

“Harri Potter”in müəllifi Rüşdiyə görə təhdid edildi 

“Harri Potter”in müəllifi Rüşdiyə görə təhdid edildi 

Dünya

15 Avqust 2022, 00:03

Bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdiyə dəstək mesajı paylaşan "Harri Potter" əsərinin müəllifi JK Roulinq təhdidlərə məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

Polis Roulinqi təhdid edən şəxslə bağlı araşdırma aparır.

 

Məlumata görə, 57 yaşlı britaniyalı yazıçı Rüşdiyə tezliklə sağalmasını arzulayıb. Bundan sonra "Twitter" istifadəçisi ona “Narahat olmayın, növbəti sizsiniz”, - deyə cavab verib. Eyni "Twitter" hesabında Rüşdiyə hücum edən şəxsə təriflər yağdırılıb.

 

Pakistandan idarə edilən hesab daha sonra təhdid yazısını silib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi