Ekvadorun liman şəhəri olan Quayakildə güclü partlayış olub. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə səkkiz ev və iki avtomobil partladılıb.
Ekvador rəsmiləri bildiriblər ki, partlayış silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.
Hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib.