Modern.az

Sabiq nazirin cırıq ayaqqabısı gündəm oldu

Sabiq nazirin cırıq ayaqqabısı gündəm oldu

15 Avqust 2022, 12:40

Böyük Britaniyada Boris Consonun istefasından sonra sabiq maliyyə naziri Rishi Sunak və xarici işlər naziri Liz Truss arasında baş nazir kürsüsü uğrunda qızğın mübarizə gedir.

 

Modern.az xəbər verir ki, rəqiblər arasındakı ziddiyyət onların geyim seçimlərində də özünü göstərir.

 

Belə ki, keçmiş nazir Rishi Sunak təbliğat kampaniyası ilə əlaqədar qatıldığı bir tədbirdə altı deşik ayaqqabı geyinərək fotosessiyaya etdirib.

 

Britaniya mediası hesab edir ki, eks-nazir qəsdən köhnə və cırılmış ayaqqabı geyinərək, diqqətləri üzərinə çəkmək istəyib. Ekspertlər düşünürlər ki, belə davranış təbii görünmədikcə seçicilərə təsir edə bilməz.

 

Böyük Britaniyada keçirilən son rəy sorğusu göstərir ki, xarici işlər naziri Liz Trussin reytinqi rəqibi ilə müqayisədə yüksəkdir. Rishi Sunak isə 22 xalla Trussdan geri qalır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi