Niderlandın Haaqa Məhkəməsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin vurulması ilə bağlı qərarı noybarın 17-də açıqlayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" Niderland məhkəməsinə istinadən məlumat yayıb.
Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub.
Məlum olub ki, təyyarə Rusiyanın “Buk” zenit-raket kompleksi tərəfindən vurulub. Həmin ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində iş üzrə dinləmələr başlayıb.
Məhkəmə 2020-ci ilin mart ayından davam edir, iş üzrə təqsirləndirilən şəxslərdən üçü Rusiya və biri Ukrayna vətəndaşıdır. Ötən ilin dekabrında Niderland prokurorluğu dörd müttəhimə ömürlük həbs cəzası verilməsini tələb edib.
Akif İsmayılov