Modern.az

Türkiyə Macarıstanla birgə PUA istehsal edəcək

Türkiyə Macarıstanla birgə PUA istehsal edəcək

15 Avqust 2022, 20:36

Macarıstan və Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına başlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Hungary" nəşri məlumat yayıb.

 

Məsələ Macarıstanın texnologiya və sənaye naziri Laslo Palkoviç ilə türkiyəli həmkarı Mustafa Varank arasında telefon danışığı zamanı müzakirə olunub.

 

Nəşrin məlumatına görə, Macarıstan xarici tərəfdaşlarla ölkə daxilində hərbi texnikaların istehsalına qərar verib.

 

Qeyd olunub ki, oktyabr ayında dörd təkərli zirehli döyüş maşınları istehsal ediləcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi