Modern.az

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

Dünya

16 Avqust 2022, 20:44

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı Ukraynaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Quterreşin sözçüsü məlumat yayıb.

 

Bildirilib ki, BMT rəhbəri Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Məlumata görə, Quterreş Ukraynanın Qara dəniz sahilindəki Odessa limanına səfər edəcək.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi