Almaniya on ildən sonra ilk dəfə Avropa İttifaqının Bosniyadakı sülhməramlı missiyası üçün qoşun göndərib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bosniyaya qayıdan ilk alman qoşunları EUFOR qüvvələrinin Sarayevoda yerləşən qərargahında fəaliyyətə başlayıblar.
Qeyd edək ki, Almaniya 2012-ci ildən sonra Bosniyaya hərbçi göndərməyib. İndi Bosniyaya ümumilikdə 30-a yaxın hərbçi göndərilib.
NATO və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukraynadakı müharibədən qaynaqlanan qeyri-sabitliyin Qərbi Balkanlara da sirayət edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Akif İsmayılov