Modern.az

London metrosunda güclü PARTLAYIŞ

London metrosunda güclü PARTLAYIŞ

Dünya

17 Avqust 2022, 15:20

İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən metro stansiyasında partlayışla müşayiət olunan yanğın baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

 

Hadisə ilə əlaqədar "Southwark" və "London Bridge" stansiyaları müvəqqəti bağlanıb, insanlar təxliyə ediliblər. 

 

Yaxınlıqda yerləşən binaların sakinlərinə küçəyə çıxmamaq və ehtiyatlı olmaq tapşırılıb. Hazırda yanğının söndürülməsinə 70 nəfər cəlb olunub.

 

Hadisə barədə əlavə məlumat verilməyib. Ölən və xəsarət alanların olub-olmadığı da bəlli deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi