Modern.az

Rus qadın Ukraynada əsir düşən oğlundan imtina etdi

Rus qadın Ukraynada əsir düşən oğlundan imtina etdi

17 Avqust 2022, 17:28

Ukrayna ordusu tərəfindən əsir götürülən rusiyalı əsgər Denis Kaldanovdan ailəsi imtina edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı jurnalist Vladimir Zolkin rus əsirdən müsahibə götürüb. Jurnalist ondan Ukraynaya qarşı vuruşmasının səbəbini soruşub və ona ailəsi ilə danışmağı təklif edib.

 

Rus əsir təklifə razılıq verdikdən sonra Kaldanovun anasına zəng edilib. Lakin rus qadın oğlu ilə danışmaq istəmədiyini deyərək, telefonun dəstəyini asıb.

 

Denis Kaldanov məyus halda, anasının ondan imtina etməsindən çaş-baş qaldığını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi