BMT-nin Baş katibi Antonio Quterreş bu gün Ukraynanın qərbində yerləşən Lvov şəhərinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.
Məlumata görə, Baş katib burada Ukrayna lideri Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türkiyə tərəfi dünən Ərdoğanın Ukraynaya səfər edəcəyi barədə məlumat yaymışdı.
Akif İsmayılov