Rusiya hökumətinin başçısı Mixail Mişustin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Hökumət başçıları ticari-iqtisadi sahədə Rusiya-Ermənistan əməkdaşlığının əsas məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Mişustin və Paşinyan Avrasiya İqtisadi İttifaqında əməkdaşlığın genişləndirilməsinin prioritet məsələlərini və avqustun 25-26-da Çolpon-Atada (Qırğızıstan Respublikası) keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının sessiyasına hazırlıq məsələlərini də nəzərdən keçiriblər.
Bundan əvvəl Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla danışıqlar aparıb.
Akif İsmayılov