Ukrayna ordusunun cəbhə xətti boyunca mövqeləri Rusiya hərbçiləri tərəfindən sutka ərzində 700-800 dəfə atəşə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
O qeyd edib, Rusiya ordusu hər gün 40-60 min mərmi istifadə edir. Zalujninin sözlərinə görə, rusların əsas səyləri Ukrayna hərbçilərinin Donetsk vilayətindən çıxarılmasına yönəlib.
İndi ən gərgin vəziyyət Avdeevka-Maryinka istiqamətindədir.
"Düşmən atəşindən ən çox Nikolaev, Xarkov, Marqanets, Nikopol və Berezneqovatoy zərər çəkib", - Zalujni vurğulayıb.
Akif İsmayılov