Modern.az

Putin və Cinpin G20-də Qərbə itaətsizlik nümayiş etdirəcəklər

Putin və Cinpin G20-də Qərbə itaətsizlik nümayiş etdirəcəklər

Dünya

20 Avqust 2022, 10:07

Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə qatılsalar, bundan Qərbə qarşı itaətsizlik üçün istifadə edə bilərlər.


Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “South China Morning Post” nəşri analitiklərə istinadən yazıb.

İndoneziya prezidenti Coko Vidodonun sözlərinə görə, Putin onunla söhbətində sammitə gəlmək niyyətini artıq şəxsən bəyan edib. Vidodo da bildirib ki, Si Cinpinin də liderlərin görüşünə gələcəyi gözlənilir, baxmayaraq ki, Çin Xarici İşlər Nazirliyi hələ bunu təsdiqləməyib.


Qəzet qeyd edir ki, Moskva və Pekinlə Qərb arasındakı gərginlik G20 sammitinə kölgə sala, tutduqları mövqedən asılı olmayaraq, digər ölkələr üçün də pis nəticələr verə bilər.


Si Cinpin G20-yə getsə, bu, onun pandemiyanın başlanğıcından bəri ilk xaricə səfəri olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi