Modern.az

Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir

Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir

Dünya

20 Avqust 2022, 18:02

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusiyalı hərbçilər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Moskva bunu əsas gətirib, Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edir.


Modern.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.


Qeyd edilir ki, müayinə zamanı xəstəxanaya yerləşdirilən işğalçıların üzərində zəhərli maddə - "b" tipli botulinum toksini aşkarlanıb.


Rusiya öz növbəsində Ukraynanı “kimyəvi terrorizm”də ittiham etmək üçün təhlillərin nəticələri ilə təsdiqləndiyi iddia edilən sənədləri hazırlamağa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi