Modern.az

Bir nəfər dənizdə boğuldu, digəri xilas edildi

Bir nəfər dənizdə boğuldu, digəri xilas edildi

Dünya

20 Avqust 2022, 18:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1 nəfər xilas olunub, digər şəxsin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi