Türkiyəli məşhur aktyor Civan Canova vəfat edib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, serial ulduzunun ölümü barədə onun sənət dostları məlumat yayıb.
Aktyor 1955-ci ildə anadan olub. Cihan Canova “Paramparça”, “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda rol alıb.