Modern.az

Baydenin xanımı koronavirusdan sağaldı

Baydenin xanımı koronavirusdan sağaldı

Dünya

21 Avqust 2022, 23:51

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusdan sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi bildirib.

 

Birinci xanımın 5 günlük karantindən sonra iki dəfə COVID-19 testinin nəticəsinin mənfi çıxdığı bildirilir. Xanım Baydenin tezliklə təcriddən çıxacağı qeyd olunur.

 

Avqustun 16-da koronavirus testinin müsbət olduğu açıqlanan Cil Baydenin virusu yüngül simptomlarla keçirdiyi və onun antiviral dərman müalicəsinə başladığı bildirilmişdi.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi